“Real”ın futbolçusu Luka Modriç klubla müqaviləsini uzatmaq istəyir.
Futbolpress.az xəbər verri ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq niyyətindədir və bu səbəbdən daha bir il yüksək səviyyədə çıxış etmək arzusundadır.
Modriçin hazırkı müqaviləsi 2025-ci ilin yayına kimidir. Yarımmüdafiəçi 2012-ci ildən “kral klubu”nda forma geyinir. Modriç bu mövsüm 12 oyunda meydana çıxıb.