Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “Real”la müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, o, daha bir mövsüm “kral klubu”nun formasını geyinəcək. Modriç yeni sözləşmə ilə bağlı fikirlərini bölüşüb:
“Paltardəyişmə otağında bir ailə kimiyik. Komandada əla atmosfer var. “Real”da qalmaq istəyirdim. Çünki özümü hələ də yaxşı hiss edirəm. Düşünürəm ki, daha bir mövsüm yüksək səviyyədə oynaya bilərəm. Yeni titullar qazanmaq istəyirəm”.
Modriç 2012-ci ildən “Real”da çıxış edir.