Modriç “Real”ın tarixinə düşdü

“Real” UEFA Super Kubokunun qalibi olub.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın “Atalanta” komandasına qalib gəlib – 2:0.

Bu, “Real”ın futbolçusu Luka Modriçin klubdakı 37-ci titulu olub. Xorvatiyalı yarımmüdafiəçi “kral klubu”nda ən çox kubok qazanan oyunçu olub.

O, bu göstəricidə cinah müdafiəçisi Dani Karvahalı üstələyib (36).