Mövsümün sonunda “Real”la müqaviləsi bitəcək Luka Modriç “kral klubu”ndan ayrılmaq istəmir.
Futbolpress.az xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb.
Qeyd olunub ki, xorvatiyalı Madrid təmsilçisində qalmaq üçün maaşının azaldılmasına razıdır.
Yarımmüdafiəçi bu mövsüm 43 matçda 2 qol, 8 ötürmə ilə yadda qalıb.