Modriç “Real”da qalacaq

Xorvatiyalı futbolçu Luka Modriç daha bir mövsüm “Real”da qalacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə 39 yaşlı yarımmüdafiəçi çempionluq paradı zamanı azarkeşlərə səslənən zaman bildirib:

“Yenidən burada olmaq xoşdur. İlboyu göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Gələn mövsüm görüşənədək!”

Modriçin sözləşməsi iyunun sonuna qədərdir. Onunla yeni müqavilə imzalanacaq.

“Real” bu mövsüm İspaniya La Liqasını və Çempionlar Liqasını qazanıb.