“Real”ın futbolçusu Luka Modriç karyerası ilə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi daha bir il “kral klubu”nda oynamaq istəyir. Bu barədə “Relevo” nəşri məlumat yayıb. Modriçin sözləşməsi mövsümün sonunda başa çatır və o, yeni təklif gözləyir.
Xorvatiyalı futbolçu 2012-ci ildən “Real”da çıxış edir. O, 574 matçda 42 qol vurub, 92 məhsuldar ötürmə edib.