“Modriç futbol üçün hədiyyədir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Luka Modriç haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 39 yaşlı yarımmüdafiəçi haqda bunları deyib:

“Modriç futbol üçün hədiyyədir. Bu yaşda daha bir yaxşı futbolçum olub, o da Maldini. İkisi də bir futbolçuda lazım olan bütün xarakterə malikdir. Onlar möhtəşəm nümunədirlər”.

Modriç bu mövsüm 39 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.