Modriç Çempionlar Liqasının tarixinə düşdü

“Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bavariya” ilə heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Luka Modriç ikinci hissədə meydana daxil olub. Xorvatiyalı oyunçu ÇL-in bu mərhələsində oynayan üçüncü ən yaşlı futbolçu olub.

Bu göstəricidə rekordçu Alessandro Kostakurtadır. Sabiq “Milan”Lı 40 yaş 2 günlük olanda ÇL-in yarımfinalında iştirak edib. İkinci isə 38 yaş 302 günlüyündə meydana çıxan Paolo Maldinidir (“Milan”).