Xorvatiya millisi Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda İtaliya ilə heç-heçə edib.
Futbolpress.az xəbər verir ki, görüşdə xorvatların yeganə qolunu vuran Luka Modriç turnirin tarixinə düşüb. O, Avropa çempionatlarında qol vuran ən yaşlı futbolçu olub – 38 yaş 289 gün.
Bundan əvvəlki rekordçu Avstriya millisinin keçmiş oyunçusu İvitsa Vastiç idi. O, Avro-2008-də 38 yaş 257 günlüyündə qol vurmuşdu.