Modriç “10-luq”da

“Real” İspaniya La Liqasının XII turundan təxirə salınmış oyunda “Valensiya”nı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun birinci qolunu xorvatiyalı Luka Modriç vurub. Yarımmüdafiəçi bu görüşdə 561-ci dəfə “Real” forması geyinib. O, komandada ən çox oyun keçirən futbolçular arasında 10-cu sıraya yüksəlib.

Birinci pillədə isə 741 oyunla Raul Qonsales yer alır.