“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne karyerasını ABŞ-də davam etdirə bilər.
Fubtolpress.az xəbər verir ki, yarımmüdafiəçi ilə MLS-dən bir neçə klub maraqlanır. Bu barədə “Get Football” portalı məlumat yayıb.
Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının Kevin ilə maraqlandığı bildirilib.
33 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 1 oyuna çıxıb.