MLS-də rekord göstərici

ABŞ futbol çempionatı MLS-də 2024-cü ildə rekord göstərici qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, carai mövsümün oyunlarını 11 milyondan çox tamaşaçı izləyib. Bu, çempionat tarixinin rekordudur. Ötən il bu rəqəm 10,9 milyon idi.

MLS-də mövsümün yekununa hələ 16 oyun qalıb. 2024-cü ildə çempionat matçlarını ortalama 23 min nəfərdən çox izləyib.

MLS-də müntəzəm mövsümü Lionel Messinin də formasını geyindiyi “İnter MAyami” qazanıb. Komandalar bundan sonra pley-off oyunları keçirəcək.