“Neftçi”nin futbolçusu Reziuan Mirzovun agenti Aleksandr Klyuev Rusiya mətbuatına açıqlama verib.
Futbolpress.az “Matç TV”yə istinadən xəbər verir ki, menecer müştərisinin “ağ-qaralar”dakı taleyi haqda danışıb:
“Mirzovun “Neftçi” ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatında mövsümün son oyunlarıdır və vəziyyətə bundan sonra baxacağıq. Hələlik deməyə nəsə yoxdur”.
Mirzov bu mövsüm 24 oyunda 1 qol vurub.