AMF ilə Dünya Minifutbol Federasiyası arasında memorandum imzalandı

2025-ci ildə minifutbol üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu münasibətlə “BAKI-2025″in təqdimat mərasimi keçirilib.

Təqdimatdan sonra 2025-ci minifutbol üzrə dünya çempionatının Bakıda keçirməsi ilə əlaqədar Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda arasında anlaşma memorandumu imzalanıb.

Həmçinin dünya çempionatının təşkilatçılığı ilə bağlı Azərbaycan Minifutbol Federasiyası ilə Bakı Şəhər Halqası arsında müqavilə imzalanıb.