Mingəçevirdəki oyuna qar əngəli

Azərbaycan I Liqasında XVI turda bu gün keçirilməli olan “Mingəçevir” – “Difai” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Görüş əlverişsiz hava şəraitinə görə bu gün baş tutmayacaq.