“Beşiktaş”ın futbolçusu Əl Musratı Liviya yığmasına vida edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi milli karyerasını bitirməyə qərar verib. O, qərarını belə izah edib:
“Hər toplanışda yeni adlar olurdu. Buna təəccüblənirik. Bəzən təyyarədə 20 nəfər də bizimlə gəlir və onları tanımırıq. Dərin düşünəndə problemlərin olduğunu hiss edirsən. Bu qərarı vermək istəməzdim, amma vəziyyət budur. Şərait yoxdur, imkanlar aşağıdır. Ölkəmə və xalqıma kömək etmək istərdim, amma şərtlər uyğun deyil.
2019-cu ildə Afrika Millətlər Kubokunda Nigeriya ilə oyun üçün səfərə getmişdik. Ancaq otelə çatanda gördük ki, hələ təmir işləri gedir və qalmaqçün şəraitimiz yoxdur”.
Musrati Liviya yığmasında 40 oyunda 2 qol vurub.