Milliyə müvəqqəti baş məşqçi təyin edildi

Futbol üzrə İngiltərə millisinin müvəqqəti baş məşqçisi bəlli olub.

Futbolpress.az xəbər verir ki, komandaya yeni baş məşqçi təyinatı gerçəkləşənə qədər Li Karsli rəhbərlik edəcək. Bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.

İngiltərə yığması Avro-2024-ün gümüş medallarını qazanıb. Bundan sonra baş məşqçi Qaret Sautqeyt postundan ayrılıb.

Karsli 2021-ci ildən İngiltərənin U-21 yığmasına rəhbərlik edirdi.