Milliyə 15 oyunçu çağırıldı

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.

Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

Ad, soyad Klub
1 Emin Kürdov Araz-Naxçıvan
2 Rövşən Hüseynli Astana (Qazaxıstan)
3 Fərid Abbasov Baku Fire
4 Emil Həsənzadə Neftçi İK
5 Xəzər Ağalızadə Araz-Naxçıvan
6 Tofiq Mikayılov Baku Fire
7 Kənan Manafov Baku Fire
8 Oktay Rüstəmli Baku Fire
9 Nihad İsmayılov Baku Fire
10 Fərid Atakişiyev Neftçi İK
11 Ülvi Əliyev Araz-Naxçıvan
12 Mirzə Əmirov Neftçi İK
13 Seymur Məmmədov Klubsuz
14 Nurlan Mehdizadə Baku Fire
15 Cavad Məmmədov Baku Fire