Millinin üzvü yolüstündə

Türkiyənin “Ankaragücü” klubu futbolçusu Renat Dadaşov ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

I Liqa təmsilçisi müqaviləsi davam edən 8 legionerdən ən azı üçü ilə vidalaşmaq istəyir və onlar arasında Dadaşov da var.

Renat bu mövsüm 13 oyunda 2 qol vurub.