Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi Nikola Pokrivaç vəfat edib.
Futbolpress.az xəbər verir ki, o, 39 yaşında avtomobil qəzasında həlak olub. Bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Son olaraq ölkəsində “Voyniç”də çıxış edən keçmiş yarımmüdafiəçi karyerası ərzində “Monako”, “Zalsburq”, “Dinamo” (Zaqreb), “Riyeka” kimi klublarda oynayıb. O, Xorvatiya yığmasında 15 oyuna çıxıb.