Azərbaycanın U-21 yığmasının futbolçusu Barış Ekincier Türkiyədə klubunu dəyişib.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Şanlıurfaspor”dan “Ümraniyespor”a keçib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Barış Azərbaycanın U-21 yığmasında 12 oyunda 4 qol vurub.