Azərbaycan millisi UEFA Millətlər Liqasının IV turunda bu gün Slovakiyanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Yığmanın sabiq futbolçusu Zaur Həşimov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:
“Slovakiya ilə oyun çətin olacaq. Buna baxmayaraq, slovakları Bakıda məğlub edə bilərik. Millimiz bu oyunda qələbə qazanmaqla həm ilk xallarını qazana, həm də etimadını itirən azarkeşlərin könlünü ala bilər”.
Hazırda “Zirə”nin əvəzedici komandasına rəhbərlik edən mütəxəssis millinin Estoniyaya səfərdə uduzması (1:3) haqda da danışdı:
“Estonlara məğlubiyyəti hamı kimi mən də gözləmirdim. İlk hissədə hücumlar etsək də, geridə olan biz olduq. Bu rəqibdən azı bir xal almaq lazım idi”.
Şahin Cəfərov