Millinin sabiq futbolçusu Santuşun təyinatına şərh vermək istəmədi

Azərbaycan millisinin sabiq futbolçusu Novruz Əzimov portuqaliyalı mütəxəssis Fernandu Santuşun yığmaya təyinatına şərh verdi.

FutbolPress“ə danışan mütəxəssis Santuşa yalnıza uğurlar arzu etdiyini dedi:

“A, nə danışım, nə deyim? Nə olacaq? Qərar verdilər, təyin olundu. Nə deyə bilərik ki? Şərh vermək, nəsə demək istəmirəm. Santuşa uğurlar arzu edirəm, görək, necə olacaq”.

AFFA Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.

Şahin Cəfərov