Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev həbs olunub.
Futbolpress.az xəbər verir ki, keçmiş oyunçu narkotik alverinə görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Krasnodar Birləşmiş Məhkəmələrin mətbuat xidməti məlumat yayıb.
Buqayev karyerası ərzində “Torpedo”, “Tom”, “Lokomotiv”, “Ximki”, “Krasnodar” kimi komandalarda forma geyinib. Keçmiş müdafiəçi Rusiya yığmasında 7 oyuna çıxıb.