Millinin sabiq futbolçusu karyerasını bitirdi

Argentinalı futbolçu Dieqo Perotti karyerasını bitirib.

Futbolress.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

Karyerası ərzində “Roma”, “Sevilya”, “Cenoa”, “Salernitana” kimi klublarda çıxış edən Perotti Argentina yığmasının da üzvü olub. Yarımmüdafiəçi 2022-ci ilin fevralından klubsuz idi.