Millinin sabiq futbolçusu “İmişli”də

Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Quliyevin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “İmişli”yə keçib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Quliyevlə razılaşmanın detalları açıqlanmayıb.

Son klubu “Turan Tovuz” olan Quliyev karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Şamaxı”da çıxış edib. O, Azərbaycan yığmasında 7 oyunda forma geyinib.