Kolumbiya millisinin və “Parma”nın sabiq futbolçusu Xorxe Bolano vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb. 47 yaşlı keçmiş oyunçu ziyafətdə olarkən infarkt keçirib.
Bolano “Parma”da yeddi mövsüm keçirib. O, Lilian Türam, Fabio Kannavaro, Hernan Krespo, Canluici Buffon kimi ulduzların daxil olduğu komandanın aparıcı üzvlərindən biri idi.
O, Kolumbiya yığmasında 34 oyunda 1 qol vurub.