“Beşiktaş”ın və Türkiyə yığmasının sabiq futbolçusu Oğuzhan Özyakup karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
“Arsenal”ın akademiyasında oynayan Oğuzhan daha sonra 2012-ci ildə “Beşiktaş”a keçib. O, müxtəlif vaxtlarda Niderlandda “Feyenoord” və “Fortuna Sittard”da çıxış edib.
Oğuzhan Türkiyə yığmasında 43 oyunda meydana çıxıb.