Millinin sabiq baş məşqçisi xəstəxanalıq oldu

“Flamenqo”nun baş məşqçisi Tite xəstəxanalıq olub.

Futbolpress.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Libertadores Kubokunda “Bolivar”la oyundan (0:1) sonra özünü pis hiss edib. O, dərhal xəstəxanaya aparılıb.

Ürəyində problem yaranan Tite hazırda xəstəxanadadır və vəziyyəti stabildir.

Mütəxəssis 2016-2022-ci illərdə Braziliya yığmasına rəhbərlik edib.