Millinin rəqibi məğlub oldu

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibi İsveç yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Danimarka ilə üz-üzə gəlib. Görüş isveçlilərin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Azərbaycan yığması Millətlər Liqasının C Liqasında Slovakiya, Estoniya və İsveçlə mübarizə aparacaq.