Millinin oyunu onlara tapşırıldı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşdə Çexiya, Macarıstan və Belçikadan olan referilər iş başında olacaq.

Azərbaycan (U-19) – Kosovo (U-19)

25 yanvar. Serravalle. Multievent Sport Domus. Saat 21:00

Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)
Hakim-inspektor: Stefan Veber (Almaniya)
Timekeeper: Laurentiu İlie (San Marino)