Millinin keçmiş qolkiperi bölgə klubuna keçdi

Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini gənc qapıçı Həsən Həsənli ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qəbələ akademiyasının yetirməsi olan 22 yaşlı qolkiper U-17 və U-19 milli komandaların heyətində çıxış edib. Həsənli son mövsümü “Cəbrayıl”da keçirib.