Braziliya millisinin sabiq kapitanı Dunqa ağır qəzaya düşüb.
Futbolpress.az xəbər verir ki, 60 yaşlı keçmiş oyunçu həftəsonu həyat yoldaşı ilə San Paulodan Qrande-du-Sula gedərkən yolda qəza keçirib. Avtomobil aşsa da, əfsanəvi futbolçu və həyat yoldaşı ciddi xəsarət almadan xilas olub.
Qəzadan sonra onlar xəstəxanaya aparılıb və bir günlük müşahidədən sonra evə buraxılıb.
Polis hadisənin güclü yağış zamanı yolların sürüşkən olması səbəbindən baş verdiyini açıqlayıb.
Dunqa Braziliya yığmasında 91 oyunda 6 qol vurub.