Millinin idman direktoru açıqlandı

İlqar Qurbanov Azərbaycan milli komandasının direktoru təyin olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.
Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.