“Torino” heyətini yeni hücüumçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi Şotlandiya yığmasının üzvü Çe Adamsı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Adamsın son klubu “Sauthempton” olub. O, ötən mövsüm İngiltərə təmsilçisində 46 oyunda 17 qol vurub.