Millinin heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Futbolpress.az xəbər verir ki, açıqlanan siyahıda 14 voleybolçu yer alıb.

Milli mübarizəyə mayın 17-də start verəcək. İlk turun oyunları Xorvatiyada olacaq. Rəqib Slovakiya olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komanda meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Bakıda Azərbayacanın rəqibləri Estoniya və Avstriya olacaq.

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova

Baş məşqçi: Faiq Qarayev

Köməkçi məşqçilər: Famil Ağayev, Emin Əbilov, Sinişa Popek