Millinin heyəti məlum oldu

Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra – aprelin 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandamız aprelin 6-dan 8-dək Bakıda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla ümumilikdə 15 futzalçıya dəvət göndərib.

 № Ad/Soyad Klub
1 Emin Kürdov Araz-Naxçıvan
2 Rövşən Hüseynli Astana, Qazaxıstan
3 Kamran Hacıyev Baku Fire
4 Novruz Kazıxanov Araz-Naxçıvan
5 Xəzər Ağalızadə Araz-Naxçıvan
6 Mirzə Əmirov Neftçi İK
7 Fərid Atakişiyev Neftçi İK
8 Tofiq Mikayılov Baku Fire
9 Oktay Rüstəmli Baku Fire
10 Murad Quluzadə Baku Fire
11 Nihad İsmayılov Baku Fire
12 Emil Həsənzadə Neftçi İK
13 Kənan Manafov Baku Fire
14 Nurlan Mehdizadə Baku Fire
15 Eldar Zeynalov Neftçi İK