Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Renaldo Cephas yoxa çıxıb.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Cihat Arslan yerli mətbuata açıqlamasında deyib. O, futbolçunun bir neçə gündür məşqlərə gəlmədiyini və ondan xəbər almadıqlarını bildirib.
24 yaşlı 2023-cü ilin avqustundan “Ankaragücü”ndə çıxış edir. Yamaykalı vinger ötən mövsümdə Super Liqada 31 oyunda 3 qol vurub.
“Ankaragücü”ndə Azərbaycan yığmasının forvardı Renat Dadaşov forma geyinir.