Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Vlajniya” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.
Zamiq bu oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
“Eqnatiya” 13 turdan sonra 20 xalla 3-cü sıradadır və lider “Partizani”dən 4 xal geri qalır.