Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə karyerasını ölkədə davam etdirəcək.
31 yaşlı futbolçu “FutbolPress“ə açıqlamasında Premyer Liqadan bir klubla danışıqlar apardığını bildirdi. O, növbəti ayın əvvəlində məsələnin dəqiqləşəcəyini qeyd etdi.
Ötən mövsümü Türkiyənin “Tuzlaspor” klubunda keçirən Bəxtiyar daha əvvəl Azərbaycanda “Sumqayıt”, “Zirə” və “Sabah”da forma geyinib.