Millinin futbolçusu Türkiyədə klubunu dəyişdi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Bandırmaspor”dan “Çorum”a keçib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Keçidin yaxın zamanda açıqlanacağı bildirilir.

Coşqun bu mövsüm “Bandırmaspor”la I Liqada 20 oyuna çıxıb.

“Çorum” çempionatda 23 turdan sonra 35 xalla 7-ci sıradadır.