Millinin futbolçusu Rusiyada rəmzi komandaya düşdü

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Liqasında 10-cu turun rəmzi komandasına düşüb.

Futbolpress.az xəbər verir ki, “Zenit”də forma geyinən müdafiəçi “Zvezda-2005” ilə matçdakı (1:0) çıxışına görə ən yaxşı “11-lik”də yer alıb.

“Zenit” çempionatda 23 xalla 3-cü sıradadır.