“Napoli”nin futbolçusu Yens-Lyuis Kayuste karyerasını İngiltərədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “İpsviç” klubu yarımmüdafiəçini mövsümün sonuna kimi icarəyə götürüb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“İpsviç” “Napoli”yə 1,5 milyon avro icarə haqqı ödəyəcək.
Kayuste 2023-cü ildən İtaliya klubunda çıxış edirdi. O, A Seriyasında 26 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.