Azərbaycanın U-21 yığmasının futbolçusu Cəlal Hüseynov “Arda”da (Bolqarıstan) qalacaq.
“FutbolPress“in əldə etdiyi məlumata görə, müdafiəçi legioner həyatı yaşamağa davam etmək istəyir və Azərbaycana qayıtmaq planlarının arasında yer almır.
Cəlal daha əvvəl “Zirə” və “Şamaxı”da forma geyinib. O, 2023-cü ilin yayında Bolqarıstanın “Arda” klubuna keçib. Müdafiəçi Kırcalı təmsilçisində bu mövsüm 7 oyunda meydana çıxıb.
Şahin Cəfərov