Millinin futbolçusu ikinci mərtəbədən yıxıldı – durumu ağırdır

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Şabab”ın futbolçusu Fahad əl Muvallad xəstəxanalıq olub.

Futbolpress.az xəbər verir ki, o, Dubayda evinin ikinci mərtəbəsindən yıxılıb. Bu barədə AFP agentliyi məlumat yayıb. Muvalladın durumu ağırdır və reanimasiya şöbəsindədir.

Əl Muvallad 2022-ci ilin avqustundaun “Əl Şabab”da çıxış edir. O, Səudiyyə Ərəbistanı yığmasında 54 oyunda 13 qol vurub.