Millinin futbolçusu evində ölü tapıldı

“Panatinaikos”un futbolçusu Corc Boldok vəfat edib.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı oyunçu evindəki hovuzda ölü tapılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçunun ölüm səbəbi məlum deyib.

Yunanıstan yığmasının da üzvü olan Corc daha əvvəl “Şeffild Yunayted”də də forma geyinib.

2022-ci ildə millidə debüt etmiş mərhum oyunçu yığmada 12 oyuna keçirib.