Millinin düşərgəsindən “Barselona”nı üzən xəbər

“Barselona”nın futbolçusu Dani Olmo zədələnib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya yığmasının düşərgəsində zədə alıb. O, Millətlər Liqasının I turunun Serbiya ilə görüşündə (0:0) xəsarət alıb.

Olmonun bu gün İsveçrəyə qarşı keçiriləcək oyunda iştirakı sual altındadır. Matç saat 22:45-də start götürəcək.