Millinin daha bir rəqibi bilindi

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu hələ məlum deyil.

Qeyd edək ki, millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.