Belçika millisində baş məşqçi Domeniko Tedesko ilə yollar ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. Yerli federasiya mütəxəssislə müqaviləni vaxtından əvvəl pozsa, ona 1,45 milyon avro təzminat ödəməli olacaq.
Tedesko 2023-cü ilin fevralından Belçika yığmasına rəhbərlik edir. Komanda onun başçılığı altında 24 oyunda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 6 dəfə uduzub.