Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Azərbaycan millisi bu gün Bosniya və Herseqovinaya məğlub olub.
Futbolpress.az xəbər verir ki, milli komandanın baş məşqçisi İlqar Aslanov 2:10 hesablı məğlubiyyəti belə şərh edib:
“Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər. Qrupumuzda 1-ci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kodub səhvlər etdik və onlar da bundan maksimum faydalandılar.
Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin kii, bundan nəticə çıxaracaqlar”.